İntihar edən tələbə bu ay hərbi xidmətə gedəcəkmiş -FOTOLAR


23:58     09 Yanvar 2018 2018/01/18557035_299405470570501_6507567611490226015_n_1515513443.jpg

Ötən gecə Bulvar ərazisində özünü dənizə ataraq intihar edən 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun meyiti ekspertiza olunduqdan sonra ailəsinə təhvil verilib.


Femida.az -ın əməkdaşının verdiyi məlumata görə, gəncin dəfni bu gecə həyata keçiriləcək.

Mərhumun əmisi oğlu Nahid Cahangirovun bildirdiyinə görə,meyit Balaxanı qəbiristanlığında dəfn ediləcək.

Onun sözlərinə görə, Məlik yanvar ayının 22-də hərbi xidmətə yollanacaqmış.Bu barədə dostlarına da, məlumat veribmiş.

"Məliyin ailəsi imkansız olsa da,böyük əmim onun təhsilinə və digər qayğılarına kömək edirdi.Təhsil haqqı və imtahan kəsrlərindən yaranan xərcləri də, ödəmək üçün pul verilmişdi.O, ömründə yalan danışaq uşaq olmayıb.Biz hamımız hadisənin şokundayıq.Hazırda faktla bağlı müstəntiq araşdırma aparır. Hər şey bundan sonra məlum olacaq", deyə mərhumun əmisi oğlu bildirib.





Mircəlal Məcidli
Femida.az

Açar sözlər: Tələbə   Məlik   Cahan   İntihar   Meyit   Dəfn    

Oxunub: 2070