Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib
15:34 26 Mart 2022
Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib.
Femida.az-ın məlumatına görə, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər.
Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: "Hüseyn özü də bizlə (valideynləri ilə - Red.) danışıb, yaxşı olduğunu bildirdi".
Qeyd edək ki, H. Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomobildə olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb.
Oxunub: 430
Oxşar xəbərlər
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərin sayı açıqlanıb
- Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub
- Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq
- Ukraynada nə baş verir?
- Ukraynada ağır yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb
- Ukraynada 14 yaşlı ağırlıqqaldıran həlak olub