Binada yanğın - 10 sakin təxliyə edildi


01:47     10 Yanvar 2018 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-640.jpg

Bakı və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb. Yanğın zamanı mənzillərdən 10 nəfər sakin təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Mingəçevir şəhərində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: yanğın   Bakı   Mingəçevir  

Oxunub: 502