Bakıda yanğın - 7 sakin təxliyə edildi


13:16     11 Yanvar 2018 yangin_38673636.jpg


Bakıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda dördmərtəbəli yaşayış binasının dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı mənzillərdən 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: yanğın   Bakı   FHN   femida.az  

Oxunub: 345