300-ə yaxın ev quşu tələf olub


00:55     12 Yanvar 2018 qus%20qripi.jpg

Bərdə rayonunda yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub.


Femida.az -ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Ceyhun Babayevə məxsus fərdi quşçuluq təsərrüfatında yanğın baş verib. Yanğın zamanı təsərrüfatda olan 300-ə qədər ev quşları yanaraq tələf olub.

Hadisə yerinə FHN-nin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırlır.

Açar sözlər: Yanğın   Femida.az   #Bərdə    

Oxunub: 390