Yataqxana yandı, 17 nəfər təxliyə edildi - Xırdalanda


16:07     12 Yanvar 2018 azerbaycanda%20daha%20bir%20yangin.jpg


Xırdalanda yataqxana binasında yanğın olub.


Femida.az xəbər verir ki, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: yanğın   FHN   Xırdalan   femida.az  

Oxunub: 464