Bakıda yolkaların sökülməsinə başlanılıb


19:50     12 Yanvar 2018 2018/01/1480930184_yolka_1515757972.jpg

Bakıda Yeni illə bağlı quraşdırılan əsas yolkanın sökülməsinə başlanılıb.



Bu barədə Femida.az-a Dənizkənarı Bulvar İdarəsindən məlumat veriblər. Məlumatda bildirilir ki, yanvarın 11-dən yolkanın sökülməsinə başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir:

"Yolkanın fəaliyyəti yanvarın 13-ə qədər nəzərdə tutulmuşdu. Artıq dünəndən sökülməyə başlanılıb. Bulvardakı digər kiçik yolka da bu gün söküləcək".

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin rəhbəri Əlabbas Bağırov isə Trend-ə bildirib ki, Yeni illə bağlı şəhərdə quraşdırılan bütün yolkalar yanvarın 13-nə qədər söküləcək:

"Artıq parklardakı yolkalar sökülüb. Ola bilər ki, bir və ya iki yolka sökülməyib, amma onlar yanvarın 13-dən sonra fəaliyyət göstərməyəcək".

Femida.az

Açar sözlər: Bakıda   Yolka   Bulvar  

Oxunub: 903