Bu şəxs Bakıda tapança ilə gəzirmiş - FOTO


18:41     15 Yanvar 2018 2018/01/5-2_1516013083.jpg

Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daha bir əməliyyat tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Babayev Hikmət Vəli oğlu saxlanılıb. Ondan sandıqçasında 3 ədəd patron olan “Revolver” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hərəkətləri davam etdirilir. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.



Femida.az

Açar sözlər: Silah   Polis   Həbs   Cinayət  

Oxunub: 1034