DTX-nın həbs etdiyi şəxslərin məhkəməsi başladı


20:11     15 Yanvar 2018 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.



Femida.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ötən il yaydığı məlumata görə, DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb. Belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu 2017-ci il martın 15-də saxlanılıblar.

Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici "Preqabalin" maddələri aşkar edilərək götürülüb.
Daha sonra Cəlal Qasımov da saxlanılıb.

Ə.Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Ş.Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və C.Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunur.

Femida.az

Açar sözlər: DTX   Məhkəmə   Həbs  

Oxunub: 811