Karateçilərimiz Xorvatiyadan 8 medalla dönür
23:08 15 Yanvar 2018
Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız Xorvatiyada 27-ci "Qran Pri" turnirini 8 medalla başa vurub.
Femida.az xəbər verir ki, karateçilərimiz Samobor şəhərində nüfuzlu ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayevlə (-52 kq), Fidan Dadaşova (-47 kq) yarışın qalibi olub. Gənclər arasında Üvi Qurbanovla (-60 kq) Murad Hacızadə (+84 kq) ikinci yeri, Tale Yaqubov (-63 kq, yeniyetmələr), Mədinə Sadıxova (-48 kq), Müseib Məmmədov (-68 kq) və Elcan Məmmədrzayev (-60 kq, hər biri gənclər seçmə komandası) isə üçüncü pilləni tutub.
Daha 4 idmançımız Ayla Rzazadə ( +54 kq), Məhəmməd Məmmədov (-65 kq), Ruslan Əhmədov (-75 kq) və Murad Balakişiyev (-84 kq) isə bürünc medal uğrunda həlledici görüşdə məğlub olub. Aytac Əliyeva (-55 kq) təsəlliverici döyüşlərdə mübarizəni bürünc mükafatların bir addımlığında dayandırmalı olub.
Azərbaycanın Xorvatiya Rspublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyib. Turnirdən sonra mükafatçılarla görüşdə, F.Qurbanov mükafatçıları təbrik edib və komanda üzvlərinə uğurlar arzulayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızı dəstəklədiyinə görə səfir Fəxrəddin Qurbanova və səfirlik əməkdaşlarına minnətdarlığını çatdırıb.
Femida.az
Oxunub: 864
Oxşar xəbərlər
- Karateçilərimizdən dünya çempionatında 4 medal
- Karateçilərimiz daha iki medal qazandı
- Karateçilərimiz Avropa Oyunlarında - Qızıl və bürünc şansı
- Karateçilərimiz İstanbula gedir
- Karateçilərimiz dünya çempionatına yola düşür
- Karateçilərimiz Xorvatiyada üç medal qazandılar
- Karateçilərimiz İrana yollanır