Qızı yanaraq öldü, ana isə xəstəxanada...


16:44     16 Yanvar 2018 xestexana_01254.jpg

Bərdədə azyaşlının ölümü ilə nəticələnən yanğında xəsarət alan ana xəstəxanada ölüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 15-də saat 08.00 radələrində Bərdə rayonunun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra X. Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb, xəstəxanaya yerləşdirilən gəlini Zümrüd Novruzova isə orada ölüb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər: Bərdə   Yanaraq   Öldü  

Oxunub: 711