Ötən günün kriminal xronikası - 38 nəfər tutulub


01:54     17 Yanvar 2018 tutulub4.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: Kriminal   Cinayət   Həbs   Polis  

Oxunub: 1045