Xalq artisti vəfat etdi
22:00 17 Yanvar 2018
Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib.
Femida.az xəbər verir ki, bu barədə rəqqasın nəvəsi Kərim Qambayzadə məlumat verib.
Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah "Təzə Pir" məscidində baş tutacaq.
Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.
Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə "Cücələrim" rəqs ansamblına rəhbərlik etməyə başlayıb.
Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil edib.
O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb.
Femida.az
Oxunub: 965
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Jurnalist Oğuz Altayın vəfatından 1 il keçir
- Jurnalist Araz Zeynalov vəfat edib
- Vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə necə təyin olunacaq?
- Şəhid Pəncəli Teymurovun atası vəfat etdi
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
- AMEA-nın keçmiş prezidenti vəfat edib