Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
11:32 18 İyul 2022
Gəncədə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Femida.az xəbər verir ki, ötən axşam şəhər sakini 2017-ci il təvəllüdlü H.Cəfərlinin boğazında şokolad kağızı qalıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o nəfəs ala bilmədiyi üçün həyatını itirib.
Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. İxtisasca kəşfiyyatçı olan H.Cəfərli "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. (Qafqazinfo)
Oxunub: 2963
Oxşar xəbərlər
- Şəhidin bacısı dəm qazından öldü
- Şəhidin adından saxta səhifə açıb pul istəyən tutuldu - VİDEO
- Şəhidin bank kartından pul oğurlayan tutuldu
- Şəhidin ölümündən sonra dünyaya gələn övladı doğum evindən evə buraxılıb
- Şəhidin ailəsinə Prezidentin aylıq təqaüdü təyin edilib
- Şəhidin xanımı Prezidentə və Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO
- Şəhidin medalı ailəsinə təqdim olunub