Futbolumuzda böyük sıçrayış - İlk "üçlük"də yer alıq


15:50     18 Yanvar 2018 uefa6.jpg

Son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının UEFA reytinqindəki yerdəyişməsi açıqlanıb.


Femida.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında infoqrafika yerləşdirilib. Ən böyük sıçrayışa nail olanlar "üçlüy"ündə Azərbaycan Premyer Liqası da yer alıb. 2008-ci ildə Premyer Liqa 42-ci sırada yer alırdısa, indi 16 pillə irəliləyərək 26-cı sıraya yüksəlib.

Azərbaycan kimi, Qazaxıstan da 16 pilləlik yüksəlişə nail olub. Ən yaxşı nəticəni isə 21 pillə irəliləyən Belarus göstərib. Belə irəliləyişlər hər 3 ölkə komandalarının Avropa kuboklarındakı uğurlu çıxışları ilə əlaqədardır.

İlk "beşlik"də İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısı son 5 mövsümdə ölkələrin klublarının avrokubokdakı çıxışına əsasən tərtib olunub.

Femida.az

Açar sözlər: UEFA   Azərbaycan   femida.az  

Oxunub: 566