OPEK neftə tələbat üzrə proqnozu artırıb


23:06     18 Yanvar 2018 opec7.jpg

2018-ci ildə qlobal neft tələbatı 98,5 milyon barrelə çatacaq.


Femida.az xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ilin dekabrında qlobal neft təklifi noyabra nisbətən 400 min barrel artaraq gündəlik 97 milyon 490 min barrelə yüksəlib. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə 340 min barrel artaraq gündəlik 58 milyon 620 min barrelə çatıb.

OPEC-in proqnozuna görə, qlobal neft tələbatı bu il 2017-ci illə müqayisədə 1 milyon 530 min barrel artaraq gündəlik 98 milyon 510 min barrelə çatacaq. Cari ildə OPEC-in neft tələbatı isə keçən ilə görə 200 min barrel artaraq gündəlik 33 milyon 100 min barrel təşkil edəcək.

Femida.az

Açar sözlər: OPEK   Neft   Proqnoz  

Oxunub: 479