Pensiya kartı üstündə arvadını bıçaqladı - Cəzası təəccübləndirdi


16:50     19 Yanvar 2018 bicaq93.jpg

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən 74 yaşlı İbadullah Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb


Femida.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib. O, çıxışında İbadullah Məsimovun yaşını və ağır xəstə olmasını nəzərə alınmalı olduğunu və ona sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İbadullah Mənsimov 3 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq edilib və 1 il 6 ay sınaq müddəti təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 11-də Sabunçu qəsəbəsində baş verib. 74 yaşlı İbadullah Mənsimov arvadı Tərgül Mənsimovanı bıçaqlayıb.

Məlum olub ki, İ. Mənsimov həyat yoldaşından təqaüd kartını istəyib. Qadın isə kartı ərinə verməyib. Bu zaman tərəflər arasında mübahisə düşüb. 74 yaşlı kişi bıçaqla həyat yoldaşını bıçaqlayıb. Qadının həyatını xilas etmək mümkün olub.

İ. Mənsimov saxlanılaraq həbs edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra onun sağlamlığında ciddi problemlər yarandığından İ.Mənsimov barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.

İ. Mənsimova Cinayət Məcəlləsinin 126.1-ci ( sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər: Bıçaqlanma   Həbs   Cəza   Məhkəmə  

Oxunub: 2280