Lənkəranskinin qardaşı bəraət aldı - Rəsmi məhkəmə qərarı
17:48 19 Yanvar 2018
Bir müddət öncə “Lotu Quli”yə sui-qəsd iddiası ilə həbs olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və digərlərinin azadlığa çıxdığını xəbər vermişdik.
Femida.az xəbər verir ki, Yenicag.az İstanbul Bakırköy məhkəməsinin Namiq Canıyev barədə çıxardığı qərarı əldə edib.
İstintaq zamanı Namiq Canıyev başda olmaqla, digər şübhəlilər – Əli Abdullayev, Camal Həsənov və Hacıbaba Talıbxanlının ölkədən çıxışına qadağa qoyulsa da, məhkəmədə bu qərar ləğv edilib. Şübhəli bilinən şəxslərin qərara etiraz etməsi ilə yenidən araşdırma aparılıb və yekun qərar verilib. Son qərara görə, Canıyev və digərləri bəraət alıblar. Bu prosesin tezləşdirilməsində qardaş ölkədə yaşayan nüfuzlu bir azərbaycanlı iş adamının rolunun olduğu bildirilir.
Əldə etdiyimiz məlumata görə, məhkəmə qərarı ilə bəraət alan Lənkəranskinin qardaşı vəzifəyə də qayıda bilər. Hazırda sərəncamda olan Canıyevin sui-qəsd iddiasında heç bir günahı olmadığı artıq rəsmən öz təsdiqini tapıb. Belə olan halda Namiq Canıyevin ya əvvəlki vəzifəsinə qayıdacağı, ya da başqa bir posta göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən sui-qəsd iddiasından sonra Namiq Canıyev 2017-ci ilin noyabr ayında Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad olunub.
Femida.az
Oxunub: 1712
Oxşar xəbərlər
- Bir zamanlar Rövşən Lənkəranskinin nəzarət etdiyi bazar sökülür
- Rusiyalı qız "BMW"-nin üstünə Rövşən Lənkəranskinin adını yazdırdı - VİDEO
- "Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar
- Rövşən Lənkəranski və Lotu Qulinin adamları məhkəmədə dalaşıblar
- Lənkəranskini satan qanuni oğru öldü
- Lotu Bəxtiyar, Quli, Rövşən, Hikmət, Mamed - Onlar ilk dəfə neçə yaşında və niyə həbsə düşüb? + VİDEO
- Azərbaycanlı “qanuni oğru” azadlıqda - Lənkəranskinin yaxın adamı olub
- Rövşən Lənkəranskinin qohumu faciəli şəkildə öldü
- Rövşən Lənkəranskinin tərəfdarları hakim qarşısında - Prokurordan protest
- “Hacı Beyləqanski” saxlanıldı - Lənkəranskinin dostu idi (VİDEO)