Ermənistan ordusu Qazaxı atəşə tutdu - Tələfat var

17:04     20 Yanvar 2018 big_1416289352_ateskes.jpg


Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.

Femida.az-ın xəbərinə görə, yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

Femida.az

Açar sözlər: Ermənistan   Qazax   Silahlı   qüvvələr   femida.az  

Oxunub: 11351