Ermənistanda 10-dan çox jurnalist iş başında döyülüb
00:53 21 Yanvar 2018
Ermənistanda 2017-ci il jurnalistlərin məhkəmə çəkişmələri ilə yadda qalıb.
Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən il ərzində Ermənistanda 11 jurnalist fiziki zorakılığa məruz qalıb.
Ümumilikdə isə KİV nümayəndələrinə qarşı 113 fakt qeydə alınıb. 62 halda isə jurnalistlərin məlumat almaq hüquqları kobudcasına pozulub. Bu rəqəmlər Söz Azadlığı Müdafiəsi komitəsinin 2017-ci il üzrə hesabatında qeyd olunub.
Keçən il erməni jurnalistlər üçün parlament, İrəvan meri və yerli idarəetmə orqanlarına keçirilən seçkilərlə əlaqədar gərgin və mürəkkəb olub. Bu cür tədbirlər jurnalistlərə qarşı zorakılıq və təzyiqlərin artması ilə müşayiət olunub.
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası dövründə jurnalistlərə qarşı 3 fiziki zorakılıq və 6 mane olma faktı qeydə alınıb. Seçki günü - 2 apreldə isə jurnalistlərə qarşı 2 fiziki zorakılıq, funksional vəzifələrinin icrasına mane olmaya dair 8 fakt baş verib.
14 may tarixində - İrəvan meri seçkilərində jurnalistlərə qarşı 2 fiziki zorakılıq və 5 müxtəlif maneçilik törətmə faktı qeydə alınıb. Jurnalist hüquqlarının pozulması üzrə isə 3 fakt nəzərə çarpıb.
Hakimiyyət orqanları jurnalistlərin hüquqlarını pozan şəxslərin məsuliyyətə cəlb olunmasında maraqlı deyil. Parlament və mer seçkiləri ərəfəsində baş verən zorakılıq halı üzrə 29 faktdan yalnız 7-si üzrə cinayət işi qaldırılıb. Lakin həmin cinayət işlərindən 5-nə xitam verilib, 2 iş isə məhkəməyə göndərilib.
Hesabat məlumatında qeyd olunub ki, 2017-ci ildə jurnalistlərə qarşı və ya onların iştirakı ilə baş verən məhkəmə işlərinin sayı 60-a çatıb. Komitənin hesabatında Ədliyyə Nazirliyinin hazırladığı “informasiya azadlığı haqqında” yeni qanun layihəsinə toxunulub. Sənəd ciddi etirazlara səbəb olub. Bəyan edilib ki, ixtisaslaşmış ictimai təşkilatlar prosesə cəlb olunmayıb.
Femida.az
Oxunub: 842
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"