Son Dəqiqə: Afrində 9 kənd terrorçulardan azad edilib


01:47     22 Yanvar 2018 2018/01/7b_1516556962.jpeg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 9 kənd terrorçulardan azad edilib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Azad Suriya Ordusu məlumat yayıb.

Bildirilib ki, "Zeytun budağı" əməliyyatı davam edir və geridə qalan 24 saat ərzində 9 kəndə nəzarət ələ keçirilib.

Qeyd edək ki, ötən gün Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb. Quru əməliyyatları Azad Suriya Ordusu ilə birlikdə aparılır.

Açar sözlər: Afrin   Türkiyə   Ordu    

Oxunub: 2101