Füzulidə 10 otaqlı ev yandı


20:22     22 Yanvar 2018 azvisionyangin066.jpg

Füzuli rayonu, Böyük Bəhmənli kəndində ümumi sahəsi 198 m2 olan ikimərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 178 m2 və evə bitişik ümumi sahəsi 90 m2 olan talvarın yanar konstruksiyaları yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və evə bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: Yanğın   Füzuli   Bəhmənli  

Oxunub: 1013