Azərbaycandan Hindistana birbaşa aviareys açıla bilər


22:40     23 Yanvar 2018 18_01_23_1516711728.jpg

Azərbaycan Turizm Assosiasiyası (AzTA) hindistanlı turistləri ölkəmizə cəlb etmək məqsədilə Dehlidə keçirilən “Satty” turizm sərgisində iştirak edəcək.



Femida.az xəbər verir ki, bu barədə Oxu.Az-a AzTA-nın rəhbəri Nahid Bağırov məlumat verib.

Onun sözlərinə görə, yanvarın sonunda keçirilən sərgidə Azərbaycan Turizm Assosiyasiyası öz əhatəsində hotelləri və turizm şirkətlərini birləşdirib, böyük bir nümayəndə heyəti ilə iştirak edəcək:

“Keçən illərə nisbətən hindistanlıların Azərbaycana axını artıb, hər il 20 faizdən artıq artım müşahidə olur. Ölkəmizə gəlmək istəyən turistlər tranzit yollardan istifadə edirlər, bu da hindistanlılar üçün rahat deyil, çünki hamı birbaşa təyyarəyə üstünlük verir”.

Nahid Bağırov qeyd edib ki, artıq Hindistanla Azərbaycan arasında birbaşa aviareyslərin açılması istiqamətində işlərə başlanılıb:

Bu istiqamətdə ilk növbədə Azərbaycan Hava Yolları ilə, sonra isə Hindistan aviaşirkətləri ilə danışıqlar aparılacaq. Əminəm ki, yaxın gələcəkdə Bakıda Dehliyə, yaxud Hindistanın başqa şəhərlərinə birbaşa aviareyslər açılacaq”.

AzTA-nın rəhbəri ümid edir ki, sərgidə iştirak hindistanlıların Azərbaycana axınına ciddi təsir edəcək:

“Ümidvarıq ki, bu sərgi nəticəsində Azərbaycan Hindistanda daha da tanınacaq”.

Açar sözlər:

Oxunub: 567