Afrində şiddətli döyüşlər gedir - Türkiyə daha bir şəhid verdi


01:27     24 Yanvar 2018 2018/01/son-dakika-afrin-den-kara-haber-sehit-sayisi-10487506_2943_m_1516727555_1516728639.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyatlar zamanı daha bir hərbçi şəhid olub.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, çavuş Mehmet Muratdağı PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla Afrində şəhid sayı üçə çatıb.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatlarına başlayıb.

Femida.az

Açar sözlər: Afrin   Türkiyə   Şəhid  

Oxunub: 2092