AŞPA-dan Türkiyəyə çağırışı: " Suriyaya hərbi müdaxiləyə son verilsin "


14:56     25 Yanvar 2018 2018/01/afrin-turk-ordu_1516864032.jpg

"BMT müqaviləsinə uyğun olaraq Suriyaya hərbi müdaxiləyə son verilsin və təhlükəsizlik, o cümlədən siyasi problemlər siyasi yollarla həll olunsun"


Femida.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyası (AŞPA) Birləşmiş Avropa Solçular Qrupunun rəhbəri Tini Koks " Zeytun Budağı " əməliyyatının müzakirə olunduğu iclasda deyib:

" Avropa Şurası üzvlərini Türkiyə ordusunun ən qısa müddətdə Suriyadakı fəaliyyətlərini dayandırmalıdır. Suriyadan çıxarılmasını nəzərdə tutan qərarının qəbul edilməsi istiqamətində BMT Təhlükəsizlik Şurasına təsir etməyi tələb etməlidir "

Türkiyəni hərbi müdaxiləyə son qoymağa çağıran Koks, "BMT müqaviləsi ilə təşkilatımızın prinsiplərinin pozulduğu məsələsində Türkiyəni yola gətirmək üçün AŞPA nazirlər komitəsi və insan hüquqları üzrə komissarının bütün potensialı işə salınmalıdır", - sözlərini dilə gətirib.


Femida.az

Açar sözlər: Afrin   Türk   BMT   AŞPA  

Oxunub: 878