Yollar buz bağlayacaq, temperatur 7 dərəcə düşəcək - DİQQƏT!


15:23     25 Yanvar 2018 buzlu-yollar_700x390.jpg


Bu gündən ölkə ərazisində havanın tempraturu aşağı enəcək.


Femida.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Ayın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir:

“Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var”.

Femida.az

Açar sözlər: #hava   #qar   #buz   #yol   #Azərbaycan  

Oxunub: 1573