Fazil Məmmədovun kadrı Güləş Federasiyasından göndərildi


22:58     25 Yanvar 2018 2018/01/kadr_1516892426.jpg


Azərbaycan Güləş Federasiyasının baş katibi Rəşad Əli-Zadə vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, Orxan Rasim oğlu Məmmədov Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.

O.Məmmədov bundan əvvəl Azərbaycan Güləş Federasiyasında İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Orxan Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub, idman ustası, əməkdar məşqçidir.

Qeyd edək ki, Geləş Federasiyasının prezidenti sabiq Vergilər Naziri Fazil Məmmədovdur.

Femida.az

Açar sözlər: #Fazil-#Məmmədov   #güləş   #federasiya   #təyinat  

Oxunub: 988