Azərbaycanda 565 nəfər qidadan zəhərlənib - Ölənlər var


20:06     26 Yanvar 2018 xestexana_875.jpg

2017-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Femida.az-a deyib ki, ötən il əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 565 nəfər zərər çəkib.

O bildirib ki, qida zəhərlənmələrindən 21-i botulizm hadisəsi olub, zərərçəkənlərin sayı 41 nəfər təşkil edib.

Z. Kazımovun sözlərinə görə, 2017-ci ildə 6 nəfər qida zəhərləməsi nəticəsində ölüb.

Şöbə müdiri ölüm hallarının səbəblərini də açıqlayıb. O qeyd edib ki, ölüm halları ev şəraitində hazırlanmış turşulardan baş verib.

Femida.az

Açar sözlər: #Zəhərlənmə   #Qida   #Statistika  

Oxunub: 1056