Azərbaycan Ordusu dünyada neçəncidir? SİYAHI


03:01     27 Yanvar 2018 ordu1.jpg

Azərbaycan Ordusu daha bir beynəlxalq təşkilatdan yüksək qiymət alıb.


Femida.az Xezerxeber.az -a istinadən məlumat verir ki, "Global Firepower" təşkilatının 2017-ci il üçün hazırlanan reytinq cədvəlində Azərbaycan ordusu 58-ci yerə layiq görülüb.


50 meyar üzrə aparılan qiymətləndirmədə 133 ölkənin ordusunun göstəriciləri araşdırılıb. Azərbaycan Ordusunun 58-ci pillədə qərarlaşdığı reytinq cədvəlində Ermənistan ordusu 93, Gürcüstan isə 82-ci yeri tutub. Bu reytinq dəyərləndirməsi də Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olmasını bir daha təsdiq edib.

Keçmiş korpus komandiri polkovnik Şair Ramaldanov bildirir ki, Azərbaycan Ordusunun daha bir beynəlxalq təşkilat tərəfindən yüksək mövqeyə layiq görülməsi ölkəmizdə həyata keçirilən ordu quruculuğunun nəticəsidir.

Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 64 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopterin olduğu bildirilir. Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Bildirilir ki, Azərbaycan Ordusunun sayı 374,5 min nəfərdir, səfərbərlik zamanı isə 3,75 milyon nəfər hərbi xidmətə çağırıla bilər. Müdafiə büdcəsinin isə 3,185 milyard dollar olduğu qeyd edilib.

Reytinq cədvəlində dünyanın ən güclü ordusunun ABŞ-a məxsus oldugu göstərilir. Onluqda ABŞ-ı Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir izləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Açar sözlər: #Ordu   #Silah   #Əsgər   #Azərbaycan  

Oxunub: 11055