Ermənistan-Azərbaycan Sülh Platformasından yəhudi xalqına başsağlığı
15:29 27 Yanvar 2018
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Holokost faciəsi ilə bağlı yəhudi xalqına başsağlığı verib.
Qurumdan Femida.az-a verilən məlumata görə, mətndə bildirilir ki, İkinci Dünya müharibəsi dövründə yəhudi xalqına qarşı görünməmiş soyqırımı aktı törədilib - yaşlı insanlar, qadınlar, uşaqlar da daxil olmaqla milyonlarla insan faşizmin qurbanı olub və xüsusi qəddarlıqla məhv edilib. Milyonlarla insan, insanlıq qüruru və şərəfinə görə mübarizədə həyatlarını qurban verib.
"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Holokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı bütün yəhudi xalqına və bu faciəli hadisələr zamanı sevdiklərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir. BMT-nin Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul edilmiş A/RES/60/7 saylı qətnamədə deyilir: "Beynəlxalq ictimaiyyət, "etnik mənşəli və ya dini inanclardan irəli gələn fərdlər və ya toplumlara qarşı dini dözümsüzlük, təhqir, təqib və şiddətin bütün təzahürlərini birmənalı şəkildə qınayır".
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu tezisləri dəstəkləyir və bu ağrıya həmdərd olanlara qoşulur. Bu cür faciələr bir daha təkrar olmamalıdır!", - mətndə qeyd olunub.
Femida.az
Oxunub: 880
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"