Yəməndə silah anbarında partlayış olub, ölən və yaralananlar var


19:01     05 İyul 2022 22_07_05_1657033327.jpg

Yəmənin Abyan əyalətində silah anbarında partlayış baş verib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində10 nəfər ölüb, 35 nəfər yaralanıb.

Partlayışdan sonra bəzi binalara və iş yerlərinə ziyan dəyib.

İnsidentin səbəbi hələlik məlum olmasa da, yerli hakimiyyət araşdırmalara başlayıb.

Açar sözlər:

Oxunub: 327