Azərbaycana bağırsağında narkotik gətirdi


16:55     27 Yanvar 2018 bagirsaq%20heroin.jpg

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.



Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən xəbərə görə, yoxlama zamanı, həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib.

Nəticədə, həmin şəxsin düz bağırsağında 1 bükümdə, xalis çəkisi 4,424 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Narkotik   #Biləsuvar   #Bağırsaq  

Oxunub: 687