Bakıda 35 min manatlıq cip qaçırıldı


17:59     29 Yanvar 2018 18_01_29_1517220154.jpg


Yanvarin 27-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.İsmayılova “Jeep-Compas” markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib.


Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a verilən məlumatda bildirilib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda qeyd olunan avtomobil N.Yusifbəyli küçəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla həmin avtomaşını qaçırmaqda şübhəli bilinən şəxsin Daşkəsən rayon sakini Emil İsmayılov olduğu müəyyən edilib.

Femida.az

Açar sözlər: oğru   maşın   cip   kriminal  

Oxunub: 818