Azərbaycanda ərəblər saxlanıldı - Qanunsuz ov üstündə
18:52 29 Yanvar 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirir.
Nazirliyin mətbuat xidmətindən Femida.az verilən məlumata görə, ötən gün Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.
Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Femida.az
Oxunub: 661
Oxşar xəbərlər
- Bakıda özəl klinikada ərəb turist ölüb
- Səudiyyə Ərəbistanında Həcc ziyarəti adı ilə dələduzluğa görə 15 nəfər həbs edilib
- İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul edib
- Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə gedib
- Ərdoğan Səudiyyə Ərəbistanına gedir
- Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Kralına məktub yazıb
- Azərbaycan XİN Səudiyyə Ərəbistanını təbrik edib
- Bakıda ərəb turistləri arasında insident olub
- Ərəb koalisiyası Yəməndə həbsxanaya hava zərbəsi endirib, onlarla insan ölüb
- Ərəb koalisiyası Yəməndə 90 husini zərərsizləşdirib