24 yaşlı qız oğurluq üstündə həbs olundu – Bakıda


01:35     30 Yanvar 2018 hebs_qadin_11111.jpg


Bakının Səbail rayonunda oğurluq olub.

Femida.az xəbər verir ki, rayon ərazisində evlərin birindən 300 manat və 1600 ABŞ dolları oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Fəridə Miriyeva saxlanılıb.

Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də polis bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

Oğurluğu törədən əvvəllər məhkum olunmuş Fəridə Miriyeva törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədi ilə həmin mənzilə daxil olduğunu etiraf edib.

Femida.az

Açar sözlər: #səbail   #cinayət   #həbs   #oğurluq   #kriminal  

Oxunub: 997