Lənkəranda ikiotaqlı ev yandı


00:35     31 Yanvar 2018 tuzlada_ayakkabi_fabrikasinda_yangin13397871040_h891831.jpg

Lənkəranda ikiotaqlı evdə yanğın olub.


Hadisə rayonun Qurumba kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Azadə Haqverdi qızı Cahangirovaya məxsus iki otaqlı evin bir otağı yanıb. Yanğın ümumi sahəsi 72 kvadrat metr olan yaşayış evinin 32 kvadrat metr hissəsini əhatə edib.

Hadisə yerinə iki yanğın söndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Evin digər hissəsi isə yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Yanğın   #Lənkəran  

Oxunub: 334