Yolu keçən qadını maşın vurdu


03:19     31 Yanvar 2018 piyada_olumu_233.jpg

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili yolu keçmək istəyən kənd sakini 1989-cu il təvəllüdlü Sadıqova İlahə Şahvələd qızını vurub. Qadın Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 341