Bakı metrosunda problem - Stansiyalarda sıxlıq yaşandı


13:27     31 Yanvar 2018 metro7.jpg

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Femida.az-a bildirib ki, 13 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb. Nazasızlıq səbəbindən qatar depoya göndərilib.

“Bu qatarın yerinə xətdə qatar buraxılıb. Qatarlararası interval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”, - QSC rəsmisi deyib.

Hazırda qatarların hərəkət intervalı bərpa olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 452