Nazir Prezidentin iradından danışdı: "Tənqiddən nəticə çıxaracağıq"


17:36     31 Yanvar 2018 ebulfet.jpg

Yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra Yanardağda işlər görüləcək.


Femida.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir Yanardağ ilə bağlı layihənin hazır olduğunu bildirib:

"Hazırda bu məsələ ilə bağlı proses gedir, layihə mövcuddur. Bu layihələndirmənin əsasında işlər görüləcək. Amma orada yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra bu ərazidə işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz Yanardağla bağlı məsələyə çoxdan diqqət yetirməli idik. Tənqiddən nəticə çıxaracağıq".

Femida.az

Açar sözlər: #Nazir   #Yanardağ  

Oxunub: 765