Dünyanın ən uzun və ən qısa adamı görüşdü- FOTO


16:33     01 Fevral 2018 18_02_01_1517473973.jpg


Dünyanın ən uzun adamı - türkiyəli Sultan Kösen dünyanın ən qısa qadını ilə görüşüb.

O, hindistanlı Coti Amge ilə Misirdə bir araya gəlib. Misir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəyə dəvət edilən ən uzun və ən qısa iki insan, Qahirədəki tarixi Giza Piramidaları qarşısında kameralara poza verib.

Qeyd edək ki, "Ginness Rekordlar Kitabı"na girən Kösenin boyu 2 metr 51 sm, Amgenin boyu isə yalnız 62.8 sm-dir.

Eyni zamanda, Kösen dünyanın ən böyük əlləri (28.5 sm) və ayaqlarının (60) sahibidir. Onun boyunun uzanmasını 2012-ci ildə ABŞ-da aldığı müalicə sayəsdində dayandırmaq mükün olub.

Açar sözlər: #maraqlı   #dünya   #Misir   #uzun   #qısa   #rekord  

Oxunub: 2589