Günəbaxan yağı istifadə edənləri gözləyən BÖYÜK TƏHLÜKƏ


15:50     02 Fevral 2018 18_02_02_1517558167.jpg

Mətbəxdə ən çox istifadə etdiyimiz yağlardan biri günəbaxan yağıdır. Ancaq yeni aparılan bir araşdırmada günəbaxan və balıq yağları ilə bağlı qorxunc bir təhlükənin olduğu ortaya çıxıb.



Femida.az məlumat verir ki, ispaniyalı elm adamlarının apardığı araşdırma zamanı günəbaxan və balıq yağının qaraciyər iltihabı yaratdığı müəyyənləşib. Araşdırmaçılar bu yağların hər gün istifadə edilməsinin qaraciyəri zədələdiyini və qaraciyər yağlanmasına səbəb olduğunu kəşf edib.

Səssiz qatil...

Qaraciyər yağlanması orqanizmin “səssiz qatili” adandırılır. Günəbaxan yağından istifadə qaraciyər toxumasında qalınlaşma və yaraya səbəb olaraq, sirroz yaradır. Bu da xərçənglə nəticələnir. Balıq yağı isə qaraciyərin telomer uzunluğunu dəyişdirir. Bir sözlə, hər iki yağ fərqli şəkildə qaraciyərin yağlanmasına yol açır.

Qeyd edək ki, əksər hallarda qaraciyər yağlanması simptomsuz keçir, hər hansı ağrı, digər əlamətlər müşahidə edilmir. Bəzi xəstələrdə yorğunluq, halsızlıq, nadir hallarda sağ qabırğa altında, qaraciyər böyüdüyü hallarda, yüngül ağrılar ola bilər.


Ən sağlıqlı yağ...

Günəbaxan və balıq yağının zərərini ortaya qoyan araşdırmanın nəticəsində, zeytun yağının həyat boyu qaraciyəri qoruduğu məlum olub.

Femida.az

Açar sözlər: #Maraqlı  

Oxunub: 3231