"Quş qripi” İrandan Azərbaycana keçə bilərmi? - Rəsmi şəxsdən açıqlama


16:02     02 Fevral 2018 2018/02/339323_1517558790.jpg

Xəbər verdiyimiz kimi İranda "quş qripi”nə görə 21 milyon toyuq məhv edilib.


Femida.az-a İranda yayılan virusun Azərbaycan üçün təhlükəsi ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlama verib. O deyib ki, rayon baytarlıq idarələrinə tapşırıq verilib:

"Heç bir ölkə bu xətəliklərdən sığortalanmayıb. Buna baxmayaraq biz profilaktik tədbirlər həyata keçiririk. Eyni zamanda biz monitorinq aparmışıq. Bu monitorinqlərdə nə köçəri quşlarda, nə də ev quşlarında xəstəlik aşkar edilib. Rayon baytarlıq idarələrinə bu barədə tapşırıq verilib ki, hər hansı problem olarsa, vaxtında nümunələr götürürlsün və labaratoriyada yoxlanılsın. Sevindirici hal budur ki, bu günə qədər ölkəmizdə bu xəstəlik qeydə alınmayıb. Respublikamız "quş qripi"nə və digər yolxucu xəstəliklərə epizodik vəziyyət sabitdir".

Oğuz Altay
Femida.az

Açar sözlər: #İran   #Azərbaycan   #xəstəlik  

Oxunub: 1063