İcra başçısı reyd keçirdi - Heykəllər söküldü
20:21 02 Fevral 2018
Bu gün Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun 221 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüşü keçirilib.
İH-dən "Qafqazinfo"ya daxil olab xəbərddə bildirilir ki, Razim Məmmədov Azərbaycan prezidentinin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
Xəbərə görə, görüşdə iştirak edən sakinlər çıxış edərək ərazidə aparılan davamlı abadlıq-quruculuq işləri nəticəsində küçə və meydanların görkəminin köklü şəkildə dəyişməsindən, yaşlı sakinlər və uşaqlar üçün tikilən istirahət guşələrindən, uşaq əyləncə meydançalarından, salınan abad həyətlərdən razılıq edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Görüşdə bir sıra şikayətlər də qanunsuz küçə ticarətindən, sahibkarlar tərəfindən aparılan özbaşına, yöndəmsiz tikililər, qoyulan eybəcər “Butka”lar nəticəsində səki və yolların daralmasından, zövqsüz və yersiz reklamlardan olub.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.
Sonra R. Məmmədovun iştirakı ilə rayon ərazisində reyd keçirilib.
Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, rayon və qəsəbə bələdiyyələrinin, xidmət sahələrinin rəhbərlərinin, hüquq-mühafzə orqanlarının əməkdaşlarının və digər təşkilatların nümayəndələrinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı göstərilən faktlar təsdiqini tapıb. Xəbərdə bildirilib ki, Əhmədli metrostansiyasının üzərində Sarayevo və M.Hadi küçələrində qanunsuz, antisanitar şəraitdə aparılan küçə ticarəti sakinlərin hərəkətinə ciddi şəkildə maneələr yaratdığından haqlı narazılıqlara səbəb olur.
"Daha bir sakinlərin narazılığına səbəb olan ünvan Qaçaq Nəbi küçəsində “Urfa” türk restoranının qarşısında qanunsuz olaraq yerləşdirilmiş rus nağıl qəhrəmanlarının, o cümlədən də mənfi obrazların (Baba Yaqa-Küpəgirən qarı, Kaşşey bessmertniy-Ölməz Kaşşey və s.) hekəlləri olub. Türk restoranı ilə rus nağıl qəhrəmanlarının nə əlaqəsi?! Yaxud yenə də həmin küçədə “Rolls Roz” restoranının qanunsuz reklam yerləşdirməsi azmış kimi, üstəlik səkini zəbt edib, dəmir dirək və zəncirdən istifadə edərək yaratdığı süni maneələrlə insanların gediş-gəlişinə ciddi maneə yaradılıb.
17 və 261 saylı tam orta məktəblərin hasarı boyu kimlərsə tərəfindən yaradılmış avtomobil dayanacağı, iaşə obyektləri, avtomobil təmiri sexləri, “moyka”lar və s. həm həmin məktəblərin rəhbərliyi, həm də valideynlərin haqlı narazılıqlarına səbəb olub.
Göstərilən ünvanlara baxış keçirilərkən aşkar edilmiş bu və digər faktların, sakinlərin narazılığına səbəb olan bütün neqativ halların aradan qaldırılması məqsədilə rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları və digər əlaqədar təşkilatlarla birgə tədbirlər həyata keçirilir".
Femida.az
Oxunub: 5292
Oxşar xəbərlər
- Xətaidə qanunsuz narkotik satışı ilə məşğul olan 11 nəfər saxlanılıb
- Bakının Xətai rayonunda su kəsiləcək
- Xətaidə avtomobillə vurulan 43 yaşlı qadın ağır xəsarət alıb
- Xətaida avtomobillə vurulan qadın ağır xəsarət alıb
- Xətaidə yaşayış binasında yanğın olub
- Xətaidə qanunsuz işləyən heyvan kəsimi məntəqələrində reydlər keçirilib
- Xətaidə 80 yaşlı qoca yol qəzasında xəsarət aldı
- Xətaidə qanunsuz işləyən daha 7 heyvan kəsimi məntəqəsi aşkarlandı
- Xətaidə qanunsuz fəaliyyət göstərən 13 heyvan kəsimi məntəqəsi aşkarlandı - SİYAHI
- Xətai rayonunda iki avtomobil toqquşdu, xəsarət alan var