Antivirus kompüterin məhsuldarlığına təsir edir?


22:49     03 Fevral 2018 18_02_03_1517669454.jpg

Almaniyanın "AV-Test" internet portalı müxtəlif antivirus proqramlarının işinin fərdi kompüterlərin məhsuldarlığına necə təsir göstərməsini müəyyənləşdirmək məqsədilə keçirilən tədqiqatın nəticələrini dərc edib.


Femida.az ICTnews-a istinadən bildirir ki, portal əməkdaşları tərəfindən test 3,4 QHs takt tezliyində işləyən "Intel Core i7-3770" prosessoru, 16 giqabaytlıq operativ yaddaş və "Samsung" şirkətinin 512 giqabaytlıq "SSD" toplayıcısı ilə təchiz edilən güclü fərdi kompüter üzərində aparılıb.

Sınaqlardan məlum olub ki, bütün antiviruslar saytların yüklənməsini orta hesabla 11-16 faiz, əlavələrin işə salınmasını 9-15 faiz, quraşdırılmasını 26-35 faiz, faylların kopyalanmasını 7-18 faiz zəiflədir. Məsələn, "Windows 10" əməliyyat sisteminə quraşdırılan "Windows Defender" antivirusu əlavələrin quraşdırılmasını 54 faizədək, onların işə salınmasını 9 faizədək, saytların yüklənməsini 10 faizədək zəiflədə bilər.

"AV-Test" saytında bütün populyar antivirus proqramları üzrə ətraflı statistika təqdim olunub.

Femida.az

Açar sözlər: #Virus   #Antivirus  

Oxunub: 804