Ev davası, əsəbi adamlar, barışan qonşular - Apellyasiya Məhkəməsinindən reportaj


20:07     08 May 2015 631467_4142140.jpg

Apellyasiya Məhkəməsində bir gün

İnsanlıq yarandığı gündən problem, qalmaqal, çəkişmə var. Bu çəkişmələrin sonluğu isə həmişə yaxşı bitmir. Tərəflər məhkəmə, polis kandarında qalır.
Bəs baş verən hadisələr daha çox hansı səpgidədir? Yaxud, məhkəmələrin icraatında olan işlərin çoxluğunu hansı tip proseslər təşkil edir?
Suallara cavab tapmaq məqsədilə Bakı Apellyasiya Məhkəməsinə üz tutdum. Apellyasiya məhkəməsi elə bir yerdir ki, vətəndaş təkcə qarşı tərəfdən yox, həm də birinci instansiya məhkəməsindəki qərardan incik düşüb bura üz tutur.

İnzibati binada qeyri-inzibati əhval.

Məhkəmənin inzibati binasının qarşısındayam. Binanın girişində polis əməkdaşları öz xidməti vəzifəsini yerinə yetirirlər. Ətrafda insanlar var-gəl edir.Kimisi keçiriləcək məhkəmə prosesini həyəcanla gözləyir, kimi isə artıq məhkəmənin çıxardığı qərarın təsiri altında düşünür, kimi isə çıxarılmış qərardan razı surətdə məhkəməni tərk edir.

Diqqətimi cəlb edən mənzərə məhkəmin önündə yerləşən elanlar taplosu oldu. Burada keçiriləcək məhkəmənin vaxtları qeyd olunub.

Belə qənaətə gəlmək olur ki, məhkəmə prosesləri əsasən mülki işlərlə bağlıdır. Misal olaraq “kredit borcunun ödənilməsi”,”pul tələbi”, vərəsəliyin müəyyən edilməsi”,”aliment tələbi”,”özbaşına tikilinin sökülməsi” , “nigahın pozulması”, “mənəvi zərərin ödənilməsi” və bu kimi işlər əsas yer tutur.

Digər elan lövhəsində isə cinayət tərkibli işlərin siyahısı yerləşdirilib. Burada vəziyyət bir qədər fərlidir. Daha ağır və çətin.Cinayət işlərinin əksəriyyətini AR CM-nin 127 -( qəsdən sağlamlığa ağır zərər yetirmə), 234- (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) 213- (vergi ödəməkdən yayınma) 178-(dələduzluq) maddələri üzrə baş vermiş işlər tutur.
Ətraflı araşdırma aparmaq üçün məhkəmə binasına daxil oluruq. Burada da vəziyyət fərqlidir. Kiminin halı məhkəmə qərarından pisləşib, kimisi prosesin başlamasını gözləyir.

Gözləmə zalı

Çox gərgin, əsəbi bir xanıma yaxınlaşıram. Özünü təqdim edir, Həsənova Şəlalə Sabir qızı:

“Mən əmlak bölgüsünün aparılması ilə bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə Mədinə Bağırovanın sədrliyi ilə keçdi. Çıxarılan qərardan razı deyiləm. Ali məhkəməyə müraciət edəcəm.”



Növbəti gərgin və əsəbi vətəndaş

Həsənov Ehtiram Hətəm oğlu:

“Məni prokurorun protesti əsasında çağırıblar. Cəzamı 19 mart 2015 ci ildə çəkib qurtarmışam.”

Hacıyeva Zöhrə Hacı qız:

“Mənzilin qeyri-yaşayış hissəsinin sökülməsi ilə bağlı müraciət etmişəm. Mirzəğa Əliyev küçəsində evimi sökdülər. Ancaq 20% kompensasiyanı vermədilər. Bununla bağlı Nəsimi rayon məhkəməsi qərar çıxardı. Mən də qərardan narazı olduğum üçün Apellyasiya şikayəti verdim. İndi işim burdadır.Yekununu gözləyirəm.”
Məhkəmədə barışan qonşular ...


Müsahiblərimlə sözümü bitirib həyətə çıxanda gördüyüm bir mənzərə bayaqdan keçirdiyim çətin anları sanki unutdurdu. Məhkəmənin həyətində, “barışıq skamyası” var. Məlumat üçün bildirim ki, bu skamya 2011- ci ilin 10 iyun tarixində yerləşdirilib. Məqsəd isə insanları barışdırmaqdır. İki qonşu skamyada həyətdə otururmuş kimi mehribancasına əyləşdi və barışıq baş tutdu. Əl boyda pəncərəyə görə aylarla məhkəmədə çəkişən qonşular barışdı.



Gərgin, həyəcanlı, kədərli insanların yanndan müsbət notlarla ayrılmağa çalışıram. “Barışıq skamyası”nın qarşısında yer üstündə dava görmək ümidi ilə..

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1792