Bakıda köməksiz qalan 4 nəfər xilas edilib


01:17     05 Fevral 2018 fhn.jpg

Paytaxtın Nərimanov və Səbail rayonunda köməksiz qalan 4 nəfər xilas edilib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər, Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftlərdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.

Açar sözlər: Yanğın    

Oxunub: 359