Bakıda ev yanıb: 5 nəfər təxliyə edilib


12:31     05 Fevral 2018 2018/02/fhn-yangin2_1517807802.jpg

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, şəhərin Yasamal rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları, ev əşyaları 20 m² sahədə və dəhlizinin taxta atmaları 8 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #yanğın   #Bakı  

Oxunub: 323