Bərdədə 16 yaşlı qız qaçırıldı


14:36     05 Fevral 2018 publika.az1428594080qiz%20qacirmaq.jpg

Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.


Hadisə Lənbərən kəndində baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib.

Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir. M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.

Femida.az

Açar sözlər: #Qızqaçırma   #Bərdə  

Oxunub: 732