Ermənistanda yezidi üsyanı - Məktəblər boykot edildi


15:20     05 Fevral 2018 18_02_05_1517815364.jpg


Ermənistanın Şirak vilayətinin Azatan kəndinin yezidi sakinləri etiraza qalxıb.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, sakinlər ölkədə 12 illik tədris sisteminin tətbiqinə etiraz olaraq uşaqları məktəbə getməyə qoymurlar.

Valideynlər məktəb direktorunu onların ailə işlərinə qarışmamağa çağırıb, övladlarını məktəbə buraxmayacaqlarını deyiblər.

Yezidi ailələr uşaqların məktəbə getməməsini sosial vəziyyətin çətinliyi və erkən nikahlarla əlaqələndiriblər. Bildirilib ki, onların sosial problemləri həll olunmasa, məktəblərdən birdəfəlik imtina edəcəklər.

Qeyd edilib ki, yeni tədris ili başlayandan 5-i qız olmaqla 7 şagird məktəbdən tamamilə imtina edib.

Femida.az

Açar sözlər: #Ermənistan   #Azərbaycan   #baykot  

Oxunub: 1001