Qobustanda yeni yataq aşkarlandı


15:50     05 Fevral 2018 2018/02/qobustan-yataq_1517817081.jpg

Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, aşkar edilmiş perspektivli sahədə axtarış-qiymətləndirmə işləri aparılıb. Xammalın ehtiyatları C2 kateqoriyası ilə 1710 min m3 həcmində hesablanıb.

Göygöl rayonunda Çənlibel əqiq-xalsedon və Dozular əhəngdaşına perspektivli sahələr ayrılıb. Ayrılmış perspektiv sahələrdə axtarış-qiymətləndirmə işləri aparılıb. P1 kateqoriyası ilə 1470 kq əqiqin, 5502 kq xalsedon üçün proqnoz resurslar hesablanmışdır. Dozular əhəngdaşı yatağında isə sement istehsalına yararlı əhəngdaşının C2 kateqoriyası ilə 9 600 min m3 ehtiyatı hesablanıb.

Femida.az

Açar sözlər: #Qobustan   #Ceyrankeçməz  

Oxunub: 1469